...

Bakıda elektron ödəmə terminallarını soyan dəstə yaxalanıb

Hadisə Materials 25 Aprel 2015 14:22 (UTC +04:00)
Bakıda bir neçə elektron ödəmə terminallarından pul oğurlayan dəstə tutulub.
Bakıda elektron ödəmə terminallarını soyan dəstə yaxalanıb

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Bakıda bir neçə elektron ödəmə terminallarından pul oğurlayan dəstə tutulub.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Qaradağ RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin aprel ayı ərzində Susanna Şərifovaya məxsus mağazadan içərisində pul olan "E-manat" ödəmə terminalını, Lökbatan qəsəbəsinin ərazisində quraşdırılmış "Milli Ön" ödəmə terminalından pul, Füzuli Sadıqova məxsus mağazadan tütün məmulatı və sərinləşdirici içki, habelə oradakı 2 ədəd "E-manat" ödəmə terminalından pul, Araz Məmmədova məxsus mağazadan pul, tütün məmulatı oğurlamış Qızıldaş qəsəbə sakinləri İlkin Mustafayev, Qurban Şəbiyev və Aqil Qasımov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti