...

Masallıda ev yandı

Hadisə Materials 3 May 2015 19:26 (UTC +04:00)
Masallıda ev yandı
Masallıda ev yandı

Azərbaycan, Bakı, 3 may /Trend/

Masallıda ev yandı.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Masallı rayonu, Hüseynhacılı kəndində (rayon mərkəzindən km 11 aralı) vətəndaşa məxsus ümumi sahəsi 396 kv.m olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə, 2-ci mərtəbədə üç otağın yanar konstruksiyaları və ev əşyaları 70 kv.m sahədə yanmışdır.

Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur.

Yanğın saat 16:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Xəbər lenti

Xəbər lenti