...

Yaponiyada güclü zəlzələ: təkanlar ölkənin bütün ərazisində hiss olunub (ƏLAVƏ OLUNUB-2)

Hadisə Materials 30 May 2015 17:19 (UTC +04:00)
Yeraltı təkanlar Yaponiyanın bütün ərazisində hiss olunub.
Yaponiyada güclü zəlzələ: təkanlar ölkənin bütün ərazisində hiss olunub (ƏLAVƏ OLUNUB-2)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 16:47-də yayılıb)

Azərbaycan, Bakı, 30 may /Trend/

Yaponiyada güclü zəlzələ baş verib. Bu barədə Trend TASS agentliyinə istinadən xəbər verir.

Yaponiya Meteoroloji Agentliyinin məlumatına görə, bu gün Sakit okeanda, paytaxt Tokiodan cənubda yerləşən Oqasavara adasının yaxınlığında 8,5 bal gücündə zəlzələ olub.

Bundan əvvəl elan olunmuş Sunami təhlükəsi ləğv edilib.

Yeraltı təkanlar Yaponiyanın bütün ərazisində hiss olunub.

"Japan Railway" şirkətinin məlumatına əsasən, güclü zəlzələ Tokio və Osaqo arasında sürət qatarlarının hərəkətinin qismən dayanmasına səbəb olub.

Dağıntılar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti