...

Bələdiyyə sədrinin və həyat yoldaşının qətlə yetirilməsi faktına görə cinayət işi açılıb

Hadisə Materials 8 İyun 2015 12:52 (UTC +04:00)
Abşeronda törədilən dəhşətli qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.
Bələdiyyə sədrinin və həyat yoldaşının qətlə yetirilməsi faktına görə cinayət işi açılıb

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Abşeronda törədilən dəhşətli qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.

Trend-in məlumatına görə, Saray bələdiyyəsinin sədri, 1976-cı il təvəllüdlü Vəsilə Həsənovanın və həyat yoldaşı Vəfadar Həsənovun qətlə yetirilmasi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi açılıb, müvafiq ekspertiza tədbirləri görülür.

Qeyd edək ki, həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qətli törədən şəxsin Laçın rayonunda anadan olmuş Saray qəsəbə sakini, 1980-cı il təvəllüdlü Fədai Güloğlan oğlu Hüseynov olması müəyyən edilib və o şübhəli şəxs qismində saxlanılıb.

Xatırladaq ki, Saray qəsəbə bələdiyyəsinin xanım sədri və onu həyat yoldaşı yaşadığı evdə qətlə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti