Azərbaycan, Bakı, 12 iyun /Trend/
Bakının Xəzər rayonunda "Hyundai" və "Zil" markalı iki yük avtomobili toqquşub.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nəticədə deformasiyaya uğramış "Hyundai" markalı avtomobilin sürücüsü 1991-ci il təvəllüdlü Dədəlov Müşfiq Əlizadə oğlu aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat edib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. M.Dədəlovun cəsədi avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.