...

Göygöldə atçılıq fermasında yanğın: 30 at xilas olundu

Hadisə Materials 7 İyul 2015 00:04 (UTC +04:00)
Göygöldə atçılıq fermasında yanğın olub.
Göygöldə atçılıq fermasında yanğın: 30 at xilas olundu

Azərbaycan, Bakı, 7 iyul /Trend/

Göygöldə atçılıq fermasında yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Göygöl rayonu, Qızılqaya qəsəbəsində (rayon mərkəzindən 1 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 2004 kv.m olan atçılıq fermasının dam örtüyünün yanar konstruksiyaları 4 kv.m sahədə, yaxınlıqda dayanmış "Ford" mikroavtobusun mühərrik hissəsi, 2 ədəd təkər və avtomobilə yaxın məsafədə yığılmış 40 ton ot bağlamasının 10 tonu yanıb.

Yanğın zamanı fermanın içərisindən 30 baş cins at yanğınsöndürənlər tərəfindən xilas olunub.

Fermanın, mikroavtobusun və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti