Azərbaycan, Bakı, 11 iyul /Trend/
Tərtər rayonunda vətəndaşın evi yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Tərtər rayonu, Qazyan kəndində vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan qamışdan ibarət 2 otaqlı ev və içərisində olan ev əşyaları yanıb.
Yaxınlıqdakı qamışdan ibarət köməkçi tikili yanğından mühafizə olunub.
Yanğın saat 13:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.