...

Qaradağ rayonunda kafe yandı

Hadisə Materials 20 İyul 2015 16:23 (UTC +04:00)
Qaradağ rayonu ərazisində kafe yanıb.
Qaradağ rayonunda kafe yandı

Azərbaycan, Bakı, 20 iyul /Trend/

Qaradağ rayonu ərazisində kafe yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaş tərəfindən icarəyə götürülmüş ümumi sahəsi 600 kv.m olan "DƏNİZ" kafesinin yanar konstruksiyaları və əşyaları 170 kv.m sahədə (zal, 3 köməkçi otaq və dam örtüyü) yanıb.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 13:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti