Azərbaycan, Bakı, 25 iyul /Trend/
Qusar rayonunda qətl hadisəsi baş verib.
Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 25-də Qusar rayonunun Avaran kənd sakini Amaxan Nəzərov yaşadığı evdə münaqişə zəminində gəlini Sevinc Məmmədovaya tüfəngdən açdığı atəşlə xəsarət yetirib. Nəticədə S.Məmmədova hadisə yerində ölüb.
Qusar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Nəzərov tutulub. Onun hadisəni törədərkən istifadə etdiyi "İJ-16" markalı tüfəng götürülüb.