...

Dənizdə 2 nəfər batıb

Hadisə Materials 29 İyul 2015 09:25 (UTC +04:00)
Xaçmaz rayonu, Nabran qəsəbəsində dənizdə 2 nəfər batıb.
Dənizdə 2 nəfər batıb

Azərbaycan, Bakı, 29 iyul /Trend/

Xaçmaz rayonu, Nabran qəsəbəsində dənizdə 2 nəfər batıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonu, Nabran qəsəbəsində dənizdə ("Xəzər" sularda xilasetmə postundan 1000 m aralıda, nəzarətsiz ərazidə) çimərkən 3 nəfər batmaq təhlükəsi ilə üzləşib, onlardan 1-i xilasedicilər tərəfindən xilas olunub, digər 2 nəfər isə batıb.

Vətəndaşların meyitləri "Xəzər" sularda xilasetmə postunun xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 17:30-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti