Azərbaycan, Bakı, 30 iyul /Trend/
Qarabağ kanalında bir nəfər batıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində, Qarabağ kanalında bir nəfər batıb.
FHN-nin dalğıc-xilasediciləri batan şəxsin axtarışlarına başlayıb.