...

İrandan gəlirəm, yüküm tiryəkdir...

Hadisə Materials 14 Avqust 2015 17:52 (UTC +04:00)
İrandan gələn azərbaycanlının üzərində tiryək aşkar edilərək götürülüb.
İrandan gəlirəm, yüküm tiryəkdir...

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir İlkin İzzət/

İrandan gələn azərbaycanlının üzərində tiryək aşkar edilərək götürülüb.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan vətəndaşı Elsivən Əliyevin üzərində şəxsi yoxlama keçirilib. Yoxlama zamanı ondan 2 ədəd bükümdə, ümumi xalis çəkisi 13,71 qram olan narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti