...

Gəncədə qadın vəkil bıçaqlanıb

Hadisə Materials 25 Avqust 2015 15:31 (UTC +04:00)
Vəkillər Kollegiyasının üzvü, 49 yaşlı Xatirə Cəbrayılova döş qəfəsindən bıçaqlanıb.
Gəncədə qadın vəkil bıçaqlanıb

Azərbaycan, Bakı, 25 avqust /Trend/

Gəncədə qadın vəkil bıçaqlanıb.

Trend-in məlumatına görə, Kəpəz TV (Region TV) xəbər verir ki, Gəncədə vəkil qadını bıçaqlayıblar. Hadisə bu gün Gəncə Hüquq Məsləhətxanasında qeydə alınıb.

Vəkillər Kollegiyasının üzvü, 49 yaşlı Xatirə Cəbrayılova döş qəfəsindən bıçaqlanıb.

Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib və hazırda əməliyyat olunur.

Məlumata görə, qadını vəkillik etdiyi bir prosesdə qarşı tərəfin nümayəndəsi bıçaqlayıb. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti