...

Bakıda silahlı "razborka" qətllə nəticələndi

Hadisə Materials 28 Avqust 2015 10:48 (UTC +04:00)
Bakı sakini keçmiş polis əməkdaşını öldürüb, daha sonra avtomobil qəzası törədib.
Bakıda silahlı "razborka" qətllə nəticələndi

Azərbaycan, Bakı, 28 avqust /Trend/

Bakı sakini keçmiş polis əməkdaşını öldürüb, daha sonra avtomobil qəzası törədib.

Nizami rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, rayonun Əzimzadə küçəsi 20 ünvanında Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Rövşən Qalib oğlu Həsənov aralarında yaranan münaqişə zəminində tanışı, 1975-ci il təvəllüdlü Nadir Fəxrəddin oğlu İbrahimovu tapançadan atəş açaraq öldürüb.

Sonra R.Həsənov idarə etdiyi "Lexus" markalı 90 SF 333 dövlət qeydiyyat nişanlı avtomobil ilə hadisə yerindən qaçarkən avtomobili "Toyota" markalı avtomobilə çırpılıb. Nəticədə "Toyota"nın sürücüsü Rəşad Zakir oğlu Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən R. Həsənov saxlanılıb.

Araşdırmalar zamanı qətlə yetirilən N. İbrahimovun keçmiş polis əməkdaşı olduğu məlum olub. Hadisə yerindən bir neçə giliz götürülüb.

Hazırda faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti