...

Oğuz və Qobustanda hektarlarla sahə yanıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 4 Sentyabr 2015 09:51 (UTC +04:00)
Oğuz rayonunda meşə zolağının yaxınlığında böyük ərazi yanıb.
Oğuz və Qobustanda hektarlarla sahə yanıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir İlkin İzzət/

Oğuz və Qobustanda hektarlarla sahə yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, sentyabrın 3-də Oğuz rayonu, Böyük Söyüdlü kəndində 50 ha sahədə kol-kos və quru ot yanıb.

Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

Yanğın saat 23:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qobustan rayonu, Təklə Mirzəbaba və Xilmilli kəndlərində isə, rayon mərkəzindən 30 km aralıda 30 ha biçilmiş taxıl sahəsi və dağlıq ərazidə 60 ha sahədə quru ot yanıb. Ərazidə olan digər otlaq sahələr yanğından mühafizə olunub. Yanğın saat 20:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti