...

Tovuzda 3 uşaq anasını ilan sancıb

Hadisə Materials 12 Sentyabr 2015 16:06 (UTC +04:00)
Tovuzda 3 uşaq anasını ilan sancıb.
Tovuzda 3 uşaq anasını ilan sancıb

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

Tovuzda 3 uşaq anasını ilan sancıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, hadisə rayonun Şamlıq kəndində baş verib. Mal-qaranı örüşə aparan 28 yaşlı Ülviyyə Həsənova qarğıdalı şaxı götürən zaman ilan onun sağ qabırğasının üst nahiyəsindən vurub.

Yaralı qadın dərhal ətrafdakıların köməyi ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlan zəhəri əleyhinə zərdab vurulan zərərçəkənin vəziyyətini həkimlər kafi qiymətləndirir.

Qeyd edək ki, bu yay ən çox ilansancma halı Tovuzda müşahidə edilib. Son 3 ayda 20-dən çox rayon sakinini ilan sancıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti