...

SOCAR-ın avtomobilinin iştirakı ilə qəza: ölən var

Hadisə Materials 21 Sentyabr 2015 12:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir Maksim Tsurkov/

SOCAR-ın Təhlükəsizlik İdarəsinin neft kəmərlərini mühafizə edən 35 saylı komandasında posta təhkim olunmuş 90 AR 644 dövlət nömrə nişanlı "Mitsubishi" markalı nəqliyyat vasitəsi bu gün səhər saat 7 radələrində Böyükşor-Sumqayıt kəmərinin 10-cu kilometrində xəttin 70 metrliyində idarəetməni itirərək, arxadan qarşıdakı avtomobilin qoşqusuna çırpılıb.

Bu barədə Trend SOCAR-ın saytına istinadən məlumat verir.

Qəza nəticəsində sürücü Məlikli Mətləb Abdulla oğlu hadisə yerində keçinib, atıcılar Sadıqov Sakit Babat oğlu və Məmmədov Rəşad Fazil oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti