Azərbaycan, Bakı, 2 oktyabr /Trend/
Ordubaddan 25 km şimalda zəlzələ qeydə alınıb.
Trend Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən yerli vaxtla 02.10.2015-də saat 04:24:03-də Ordubaddan 25 km şimalda zəlzələ qeydə alınıb.
Maqnitudası 3, dərinliyi 10 km olan zəlzələ hiss olunmayıb.