...

Göygöldə ağır qəza baş verib, ölən və yaralananlar var

Hadisə Materials 8 Oktyabr 2015 03:10 (UTC +04:00)
Göygöldə ağır yol qəzası baş verib.
Göygöldə ağır qəza baş verib, ölən və  yaralananlar var

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

Göygöldə ağır yol qəzası baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Bakı-Qazax magistralının Göygöl rayonunun Hacıməlik qəsəbəsi ərazisindən keçən hissəsində yol qəzası qeydə alınınb.

"VAZ 2106" markalı avtomobilin sürücüsü havanın yağışlı olması səbəbindən düzgün istiqamət seçə bilməyib və avtomobili yolun kənarındakı qoruyucu məhəccərə çırpıb.

Qəza nəticəsində iki nəfər ölüb, iki nəfər isə xəsarət alıb.

Avtomobildə sıxılmış vəziyyətdə qalan cəsədləri çıxarmaq üçün əraziyə FHN-in xilasetmə dəstəsi cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti