Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir Elmir Murad/
Abşeron rayonunda avtomobil qaçıran şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə daxil olan məlumata görə, qaçırılmış "KamAZ" markalı avtomobil Abşeronda yerləşən İxtisaslaşdırılmış Təmir-Abadlıq İdarəsinə məxsus olub.
Abşeron Rayon Polis İdarəsi və Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmış şəxslərin Salyan rayon sakini Vurğun Cəbrayılov, İlkin Əliyev və Əhmədağa Cəbrayılovun olduğu məlum olub.