...

Ələtdə piyada öldü

Hadisə Materials 13 Noyabr 2015 14:24 (UTC +04:00)
Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Ələtdə piyada öldü

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir Elmir Murad/

Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə daxil olan məlumata görə, hadisə rayonun Ələt qəsəbəsində olub. Sabirabad rayon sakini Əziz Zeynalov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Qobustan rayon sakini Rövşən Məmmədovu vurub.

Hadisə nəticəsində müxtəlif xəsarətlər alan R.Məmmədov xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti