...

Şəmkirdə yol qəzası baş verib: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Hadisə Materials 22 Noyabr 2015 22:26 (UTC +04:00)
Şəmkir rayon ərazisində bir nəfərin ölümü iki nəfərin isə ağir bədən xəsərəti nəticilənən yol nəgliyət hadisəsi baş verib.
Şəmkirdə yol qəzası baş verib: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Bakı. Trend:

Şəmkir rayon ərazisində bir nəfərin ölümü iki nəfərin isə ağir bədən xəsərəti nəticilənən yol nəgliyət hadisəsi baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, qəza bu gun axşam saatlarında rayonun Sabirkənd kəndində baş verib.

"Kamaz" markali yük maşıni ilə "Vaz-21011" markalı minik maşını toqquşub. Qəza nəticəsində "Vaz"-da olan Düyərli kənd sakini 1967-ci il təvəllüdlu İxtiyar Cəlilov və onun həmkəndlisi 1972-ci il təvəlludlü Sevinc Nagıyeva ağir bədən xəsarətiylə Şəmkir rayon mərkəzi xəstəxanasına yerleşdiriliblər.

Yol nəqliyyat hadisəsi zamanı "Vaz"-ın sürücüsünün hadisə yerində dunyasını dəyişdiyi bildirilib. Faktla bağli araşdırılma aparılır.

Xəbər lenti

Xəbər lenti