Bakı. Elmir Murad - Trend:
Gömrükçülər İrandan Azərbaycana gələn şəxsin üzərindən metadon adlı dərman preparatı aşkar olunub.
Trend Dövlət Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Elşən Əhmədovun üzərində yoxlama aparılıb. Bu zaman onun gödəkçəsinin cibindəki siqaret qutusundan 5 ədəd həbbdən ibarət metadon adlı dərman preparatı çıxıb.
Qeyd edək ki, metadon adlı dərman preparatı "Azərbaycan ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və 5 ədəd həbbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,025 qram təşkil edir. Faktla bağlı təhqiqat aparılır.