...

Göyçayda evə maskalı şəxslər basqın etdi

Hadisə Materials 3 Dekabr 2015 13:36 (UTC +04:00)
Göyçayda evə basqın edən maskalı şəxslər tutulub.
Göyçayda evə maskalı şəxslər basqın etdi

Bakı. Samir Məmmədov - Trend:

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə dekabrın 1-də baş verib. Göyçay şəhərində yaşayan Fərzalı Hacıyevin evinə girmiş 3 maskalı şəxs arvadı Rəxşəndəni və oğlu Fərhadı döyüb, bıçaqla hədələyərək oradan 100 manat və qızıl əşyalar aparıb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətmiş Bərdə rayon sakini Səxavət Mehdiyevin idarə etdiyi "Opel" markalı avtomobil Qobustan rayonu ərazisində YPXA-nın əməkdaşları tərəfindən saxlanılıb, S.Mehdiyev və sərnişini, Şərur rayon sakini Orxan İsmayılov RPŞ-yə təhvil veriliblər.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların hadisəni Tərtər rayon sakini Emin Əliyev və Bakı şəhər sakini Eltac Şəmiyevlə birgə törətmələri müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti