...

Gömrükçülər külli miqdarda spirtli içki aşkar ediblər (FOTO)

Hadisə Materials 14 Dekabr 2015 18:02 (UTC +04:00)
Dövlət Gömrük Komitəsi Aksiz Baş Gömrük İdarəsinin əməkdaşları qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən və üzərində aksiz markası olmayan külli miqdarda spirtli içkini aşkar edərək realizə olunmasının qarşısını alıb.
Gömrükçülər külli miqdarda spirtli içki aşkar ediblər (FOTO)

Bakı. Trend:

Dövlət Gömrük Komitəsi (DGK) Aksiz Baş Gömrük İdarəsinin əməkdaşları qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən və üzərində aksiz markası olmayan külli miqdarda spirtli içkini aşkar edərək realizə olunmasının qarşısını alıb.

DGK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində əməliyyat keçirilib.

Qəsəbənin "Binəqədi Gənclər Şəhərciyi" adlanan yaşayış massivində Azərbaycan vətəndaşı Şükürov Adil Famil oğluna məxsus "Ford Transit" markalı, "50-DA-058" dövlət nömrə nişanlı nəqliyyat vasitəsi saxlanılıb. Həmin nəqliyyat vasitəsinə baxış zamanı avtomobilin yük yerindən Rusiya Federasiyasının aksiz markası ilə markalanmış külli miqdarda "Stolichnaya vodka", "Stolichnaya sever", "Beluga transatlantic" araqları aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti