...

Evin zirzəmisindən silah-sursat çıxdı

Hadisə Materials 23 Dekabr 2015 15:18 (UTC +04:00)
Ağsuda evin zirzəmisindən silah-sursat tapılıb.
Evin zirzəmisindən silah-sursat çıxdı

Bakı. Elmir Murad - Trend:

Ağsuda evin zirzəmisindən silah-sursat tapılıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, silah-sursat Ağsu rayon sakininin evində aparılan axtarış zamanı aşkarlanıb.

Belə ki, rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Şamxal Şamıyevin evinin zirzəmisindən "AKM" markalı silah, 70 ədəd patron və patron darağı aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti