...

Sabirabadda ev, Şirvanda maşın yanıb

Hadisə Materials 3 Yanvar 2016 08:59 (UTC +04:00)
Sabirabadda evdə yanğın olub
Sabirabadda ev, Şirvanda maşın yanıb

Bakı. Trend:

Sabirabadda evdə yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Sabirabad rayonu, Yolçubəyli kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin mətbəxinin tavanı 10 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şirvan şəhərində vətəndaşa məxsus "Daewoo" markalı minik avtomobilinin salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti