...

DİN Xırdalanda evə basqın edən maskalılar barədə məlumat yaydı

Hadisə Materials 22 Yanvar 2016 12:30 (UTC +04:00)
Abşeron rayonunda mənzilə basqın edən şəxslər yaxalanıb.
DİN Xırdalanda evə basqın edən maskalılar barədə məlumat yaydı

Bakı. Samir Əli - Trend:

Abşeron rayonunda mənzilə basqın edən şəxslər yaxalanıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-də Xırdalan şəhərində yaşayan Cabir Nəbiyevin evinə girib onu və oğlu Ələsgəri döyərək oradan 650 manat və 17560 manat dəyərində qızıl və gümüş əşyalar aparmış Bakı şəhər sakinləri Sərxan Manafov və Kərim Süleymanov tutulub, digər şəxs isə müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti