Bakı. Trend:
Bakıda silahla gəzən Sumqayıt sakini müəyyən edilib.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, Nəsimi rayon Polis İdarəsi 19-cu Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Nizami Mahmudovdan kustar üsulla hazırlanmış tapança götürülüb.