...

Xarici valyutanı gizlin keçirməyə daha bir cəhdin qarşısı alınıb

Hadisə Materials 16 Fevral 2016 15:31 (UTC +04:00)
Gömrükçülər külli miqdarda xarici valyutanın Azərbaycan ərazisindən bəyan etməməklə çıxarılmasına cəhdin qarşısını alıblar.
Xarici valyutanı gizlin keçirməyə daha bir cəhdin qarşısı alınıb

Bakı. Trend:

Gömrükçülər külli miqdarda xarici valyutanın Azərbaycan ərazisindən bəyan etməməklə çıxarılmasına cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-Sankt-Peterburq aviareysi ilə getmək istəyən və gömrük nəzarətindən keçərkən bəyannamə təqdim etməyən Rusiya Federasiyasının vətəndaşı Şöhlət Hüseynovun hərəkətləri şübhə doğurduğuna görə üzərində şəxsi yoxlama aparılıb.

Ş.Hüseynovun üzərində şəxsi yoxlama zamanı şalvarının cibindən gömrük nəzarətinə əvvəlcədən təqdim edilməyən, elektron və kağız üzərində yazılı formada bəyan olunmayan 4000 ABŞ dolları aşkar edilib.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq idarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti