...

Salyanda yol qəzası baş verib

Hadisə Materials 17 Fevral 2016 03:20 (UTC +04:00)
Salyanda yol qəzası baş verib
Salyanda yol qəzası baş verib

Bakı. Trend:

Salyanda yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Salyan rayonu ərazisində "RAF" markalı mikroavtobus ilə "Mercedes" markalı minik avtomobilin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Dərhal Fövqəladə Hallar Nazirliyinin Muğan Reqional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarmış və aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 19:25-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti