...

Səhər saatlarında Sabunçuda bağ evi yanıb

Hadisə Materials 17 Fevral 2016 10:15 (UTC +04:00)
Səhər saatlarında Sabunçu rayonunda bağ evində yanğın faktı qeydə alınıb.
Səhər saatlarında Sabunçuda bağ evi yanıb

Bakı. Trend:

Səhər saatlarında Sabunçu rayonunda bağ evində yanğın faktı qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir ki, vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m (hər mərtəbəsi 110 kv.m) olan ikimərtəbəli 6 otaqlı bağ evinin yanar konstruksiyaları yanıb. Hadisə yerinə dərhal FHN qüvvələri cəlb edilib. Yaxınlıqdakı digər bağ evləri yanğından mühafizə olunub.

Yanğın saat 08:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti