...

Avtomobillərin akkumlyatorunu oğurlayan şəxs ələ keçdi

Hadisə Materials 20 Fevral 2016 13:56 (UTC +04:00)
Bakıda avtomobillərdən akkumlyator oğurlayan şəxs yaxalanıb.
Avtomobillərin akkumlyatorunu oğurlayan şəxs ələ keçdi

Bakı. Trend:

Bakıda avtomobillərdən akkumlyator oğurlayan şəxs yaxalanıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nizami RPİ 24-cü əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 19-na keçən gecə Bakı şəhər sakini Yavər Cəfərova məxsus "KamAZ" markalı avtomobildən akkumulyator oğurlamış paytaxt sakini Vüsal Zeynalzadə tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevral ayının 16-dan 19-dək olan müddətdə daha 3 nəfərə məxsus avtomobillərdən akkumulyator oğurlaması da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti