...

Daşkəsəndə qarətçi tutulub

Hadisə Materials 25 Fevral 2016 23:16
Daşkəsəndə həmyerlisinin evini qarət edən şəxs tutulub.
Daşkəsəndə qarətçi tutulub

Trend-i buradan izləyin

Bakı. Trend:

Daşkəsəndə həmyerlisinin evini qarət edən şəxs tutulub.

Trend-in Kəpəz TV-yə (Region TV) istinadən verdiyi məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 15-də rayon sakini Dürdanə Abdullayevanın evindən oğurluq edən şəxs yaxalanıb.

Ramin Bayramov evdən 200 manat və qızıl üzük oğurlayıb. Oğurluqda iştirak edən daha bir nəfər də müəyyən edilib. Onun tapılaraq istintaqa təhvil verilməsi üçün iş aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti