...

Gəncədə soyğunçuluğa cəhd olub

Hadisə Materials 26 Fevral 2016 23:11 (UTC +04:00)
Gəncədə yaşayış evini soymaq istəyən şəxslər ev sahibini xəstəxanalıq ediblər
Gəncədə soyğunçuluğa cəhd olub

Bakı. Trend:

Gəncədə yaşayış evini soymaq istəyən şəxslər ev sahibini xəstəxanalıq ediblər.

Trend-in Kəpəz TV-yə (Region TV) istinadən verdiyi məlumata görə, naməlum şəxslər Bayan küçəsi ev 183-ə girərək 58 yaşlı Aidə Şəfiyevaya küt alətlə xəsarət yetiriblər. Hadisə şahidlərinin sözlərinə görə, zərərçəkənin səsinə qonşuların gəldiyini görən şəxslər hadisə yerindən qaçıblar. Hazırda ərazidə hüququ mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.

Yaralı Aidə Şəfiyeva Gəncə Şəhər TTYX-a yerləşdirilib, ona alnının, sağ əlinin əzniyi və çapılmış yarası diaqnozu qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti