...

Şamaxıda yük maşını aşıb, yaralılar var

Hadisə Materials 20 Mart 2016 18:08 (UTC +04:00)
Bakı-Qazax yolunda yol qəzası olub.
Şamaxıda yük maşını aşıb, yaralılar var

Bakı. Trend:

Bakı-Qazax yolunda yol qəzası olub.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Qazax yolunun 134-cü kilometrliyində, Şamaxı rayonu ərazisində "Mercedes" markalı yük avtomobilinin idarəetməni itirərək aşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Nəticədə avtomobildə olan 2 nəfər sərnişin xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

FHN-in yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti