...

Xaçmazda iki bitişik ev yanıb

Hadisə Materials 21 Mart 2016 07:17 (UTC +04:00)
Xaçmazda iki bitişik ev yanıb
Xaçmazda iki bitişik ev yanıb

Bakı. Trend:

Xaçmaz şəhərində vətəndaşlara məxsus ümumi sahəsi 65 kv.m olan, taxta konstruksiyalardan ibarət birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 2 otağının yanar konstruksiyaları 45 kv.m, dam örtüyü 65 kv.m sahədə, bitişik tikilmiş ümumi sahəsi 50 kv.m olan 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə və ümumi sahəsi 40 kv.m olan 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 16 kv.m sahədə yanmışdır.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, evlərin qalan hissəsi yanğından mühafizə olunmuşdur.

Yanğın saat 21:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti