Bakı. Trend:
İsmayıllı rayonu, İsmayıllı kəndində vətəndaşa məxsus ümumi sahəsi 64 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.
Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.