...

Məhkuma "telefon sovqatı"

Hadisə Materials 31 Mart 2016 15:42 (UTC +04:00)
7 saylı cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb.
Məhkuma "telefon sovqatı"

Bakı. Trend:

7 saylı cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 30.03.2016-cı il tarixdə saat 06:20 və 08.00 radələrində 7 saylı cəzaçəkmə müəssisəsinin ərazisinə kənardan iki ədəd bağlama atılıb. Xidmətin Baş idarəsinin əməliyyat-rejim aparatının əməkdaşları əşyaların aşkar olunduğu və atılması ehtimal edilən müəssisəyə yaxın ərazilərə baxış keçirərək, həmin bağlamaların içərisindən işlək vəziyyətdə iki ədəd "Nokia" markalı mobil telefon aparatı olduğunu müəyyən ediblər.

Fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti