Bakıda velosiped oğruları saxlanıldı

Hadisə Xəbər 1 Aprel 2016 13:41 (UTC +04:00)

Bakı. Trend:

Bir neçə gün öncə baş vermiş oğurluq hadisəsini törətmiş şəxslər ötən gün saxlanılıblar. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 27-də Bakı şəhər sakini Natiq Qəmbərova məxsus mağazadan 4 ədəd velosiped oğurlamış həmyerliləri Kənan Mustafayev, Sərvər Paşayev və Mədət Hüseynov tutulublar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti