...

Bakıda "28 Mall" ticarət mərkəzinə bomba həyəcanı yaşadan şəxs saxlanıldı

Hadisə Materials 6 Aprel 2016 12:47 (UTC +04:00)
Bakıda ticarət mərkəzinə bomba qoyulması barədə yalan məlumat verən şəxs saxlanılıb.
Bakıda "28 Mall" ticarət mərkəzinə bomba həyəcanı yaşadan şəxs saxlanıldı

Bakı. Samir Əli - Trend:

Bakıda ticarət mərkəzinə bomba qoyulması barədə yalan məlumat verən şəxs saxlanılıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də Azadlıq prospektində yerləşən "28 Mall" ticarət mərkəzindəki "Bazarstore" mağazasına bomba qoyması barədə məlumat vermiş Ağdaş rayon sakini, 33 yaşlı Rəvan Fətəliyev tutulub.

Faktla əlaqədar cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti