...

Bakıda akkumulyator oğruları saxlanılıb

Hadisə Materials 13 Aprel 2016 13:35 (UTC +04:00)
Bakıda akkumulyator oğruları saxlanılıb.
Bakıda akkumulyator oğruları saxlanılıb

Bakı. Trend:

Bakıda akkumulyator oğruları saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 5-də və 7-də Bakı şəhər sakinləri Müseyib Məmmədova, Vaqif Məmmədova və Eyvaz Atayevə məxsus avtomobillərdən akkumulyator oğurlamış həmyerliləri Azad Mikayılov və Əkbər Əhmədov tutulublar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların aprelin 8-nə keçən gecə rayon ərazisində daha 3 avtomobildən akkumulyator oğurlamaları da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti