...

Paytaxt sakinini qətlə yetirən 3 nəfər tutulub

Hadisə Materials 7 May 2016 15:32 (UTC +04:00)
Bakı şəhər sakini Məmməd Səmədovu qətlə yetirən 3 nəfər tutulub.
Paytaxt sakinini qətlə yetirən 3 nəfər tutulub

Bakı. Trend:

Bakı şəhər sakini Məmməd Səmədovu qətlə yetirən 3 nəfər tutulub.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 4-də Bakı şəhər sakini, 84 yaşlı Məmməd Səmədovun əlləri mələfə ilə arxadan bağlı vəziyyətdə olan meyiti yaşadığı Yasamal rayonu A.Abbasov küçəsindəki mənzilində tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Zabil Məmmədov, İlyas Məmmədov və Yevlax rayon sakini Ceyhunə Qurbanova tutulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti