...

Ucar sakini çaqqala atəş açdı, ər-arvadı yaraladı

Hadisə Materials 17 May 2016 12:59 (UTC +04:00)
Ucar rayonunda güllələnmə hadisəsi baş verib
Ucar sakini çaqqala atəş açdı, ər-arvadı yaraladı

Bakı. Trend:

Ucar rayonunda güllələnmə hadisəsi baş verib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 15-də Ucar rayonunun Yuxarı Şilyan kənd sakini Daşqın Həsənov həyətyanı sahəsinə girmiş çaqqalın istiqamətində tüfəngdən açdığı atəş nəticəsində ətrafa səpələnmiş qırmalardan qonşuları Aqil Fəzliyev və arvadı Günel xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.

Ucar RPŞ əməkdaşları tərəfindən D.Həsənovdan müvafiq sənədləri olmayan "TOZ-16" markalı ov tüfəngi götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti