...

Bakıda yanan məişət tullantıları inzibati bina üçün təhlükə yaratdı

Hadisə Materials 19 May 2016 10:45 (UTC +04:00)

Bakı. Trend:

Gecə saatlarında Bakıda məişət tullantıları sahəsində baş vermiş yanğın təhlükəli anlar yaradıb. Belə ki, Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda 50 kv.m sahədə məişət tullantıları yanmış və yüksək temperaturdan yaxınlığında ümumi sahəsi 70 kv.m olan inzibati binanın girişinin lambirdən ibarət tavanı 2 kv.m sahədə əriyib. İnzibati binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 01:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti