...

Siyəzəndə qaz balonunun alışması yeməkxananı yandırdı

Hadisə Materials 23 May 2016 13:11
Səhər saatlarında Siyəzəndə yanğın faktı qeydə alınıb.
Siyəzəndə qaz balonunun alışması yeməkxananı yandırdı

Trend-i buradan izləyin

Bakı. Trend:

Səhər saatlarında Siyəzəndə yanğın faktı qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Siyəzəndə Təhsil Nazirliyinə məxsus 2 saylı orta məktəbin ərazisində tikilmiş, vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan yeməkxananın mətbəxində 5 litrlik qaz balonunda alışma baş verib. Nəticədə mətbəx əşyaları və mətbəxin tavanı 12 kv.m sahədə yanıb. Yeməkxananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 09:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti