...

Gədəbəydə 5 otaqlı ev yanıb

Hadisə Materials 5 İyun 2016 04:04 (UTC +04:00)
Gədəbəydə yanğın hadisəsi qeydə alınıb.
Gədəbəydə 5 otaqlı ev yanıb

Bakı. Trend:

Gədəbəydə yanğın hadisəsi qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, rayonun Zəhmət kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın və evin çardağının yanar konstruksiyası 136 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti