...

Samuxda 50 yaşlı kişini sel apardı

Hadisə Materials 10 İyun 2016 11:46 (UTC +04:00)
Samuxda 50 yaşlı kişini sel aparıb.
Samuxda 50 yaşlı kişini sel apardı

Bakı. Trend:

Samuxda 50 yaşlı kişini sel aparıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə Samuxun Qarayeri qəsəbəsində baş verib. Ulağa bərkidilən arabada olan 50 yaşlı Şəmkir sakini Kamil İlyasovu sel aparıb.

Təxminən saat 09:30-da baş verən hadisə nəticəsində dünyasını dəyişən şəxsin meyiti batdığı yerdən bir xeyli aralıda tapılaraq ailəsinə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti