...

Bakıda avtomoil 3 piyadanı vurdu, ölən var

Hadisə Materials 21 İyun 2016 12:33 (UTC +04:00)
Bakıda avtomobil 3 piyadanı vurub.
Bakıda avtomoil 3 piyadanı vurdu, ölən var

Bakı. Trend:

Bakıda avtomobil 3 piyadanı vurub. Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyunun 21-də saat 01 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsində Xırdalan şəhər sakini Anar Səfərov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri Cavanşir Kirmirzəyevi, Səbuhi Şahmarovu və İsmayıl Hümbətovu vurub. Nəticədə C.Kirmirzəyev hadisə yerində ölüb, digər piyadalar isə xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti