...

Qazaxda top mərmisi tapılıb (FOTO)

Hadisə Materials 23 İyun 2016 20:54 (UTC +04:00)
Qazax rayonunda top mərmisi aşkar edilib.
Qazaxda top mərmisi tapılıb (FOTO)

Bakı. Trend:

Qazax rayonunda top mərmisi aşkar edilib.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Tərtər rayonu

Cəmilli kəndi – 1 fermada 4 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb, nəticə etibarilə 9000 kv.m ərazi yoxlanılıb.

Füzuli rayonu

Horadiz kəndi – 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, 2 ədəd partlamamış hərbi sursat (82 mm-lik minaatan mərmi) aşkar edilərək götürülüb, nəticə etibarilə 2990 kv.m ərazi yoxlanılıb.

Qazax rayonu

Quşçu Ayrım kəndi – Qazax rayonu İcra Hakimiyyətinin müraciətinə müvafiq olaraq, kənd yolunda aşkar olunan 1 ədəd 125 mm-lik tank mərmisi Agentliyin mütəxəssisləri tərəfindən götürülərək zərərsizləşdirilib, nəticə etibarilə 300 kv.m ərazi yoxlanılıb (Qazax rayonu İcra Hakimiyyətinin müraciəti).

İyunun 23-də 1 ferma, 3 əkin sahəsi, 7 partlayış yeri, 4 ədəd partlamamış hərbi sursat (2 ədəd 82 mm-lik minaatan mərmi, 1 ədəd 125 mm-lik tank mərmisi və 9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar olunaraq götürülüb və gün ərzində 12 290 kv.m ərazi təmizlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti